Gözel Seeds ADA Universitetinin "Açıq Qapı" tədbirində
23 Fevral 2026-ci ild tarixində "Gözel Seeds" və "Green Tech" olaraq ADA Universiteti kənd təsərrüfatı və qida elmləri fakültəsinin (SAFS) "Kəşf et, Əlaqə qur, İnkişaf et" adlı Açıq Qapı tədbirində iştirak edərək aqrar sahənin gələcək mütəxəssisləri ilə bir araya gəldik.
Sərgidə tərəvəz sortlarımızı nümayiş etdirərək iştirakçıların şirkətimiz və aqrar sahədəki fəaliyyət istiqamətlərimiz barədə daha yaxından məlumat əldə etməsinə imkan yaratdıq.
Aqrar sektorun inkişafı güclü təhsil və istehsal əməkdaşlığından başlayır.