Gözel Seeds Caspian Agro 2025 sərgisində iştirak etdi
13–16 may 2025 tarixində Bakı Expo Mərkəzində keçirilən Caspian Agro beynəlxalq kənd təsərrüfatı sərgisində Gözel Seeds şirkəti olaraq iştirak etdik. Sərgi çərçivəsində məhsullarımız və seleksiya istiqamətində əldə etdiyimiz yeniliklər ziyarətçilərə təqdim olundu.
Caspian Agro sərgisi çərçivəsində tərəfdaşlarla görüşlər keçirildi, mövcud və potensial əməkdaşlıqlar müzakirə olundu. Tədbir kənd təsərrüfatı sektorunda yeni əlaqələrin qurulması və bazar imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı.