Toxum İstehsalı Rəhbəri
Təsvir
Gözel Seeds komandası genişlənir! Azərbaycanda fəaliyyət göstərən tərəvəz toxumu istehsalı şirkətimiz üçün pomidor, bibər və xiyar növlərində hibrid toxum istehsalı proseslərini idarə edə biləcək, sahədə aktiv çalışan və təcrübəli Toxum İstehsalı Rəhbəri axtarırıq.
Namizəd hibrid toxum istehsalının planlaşdırılması, istixana və açıq sahə proseslərinin koordinasiyası, yığım, fermentasiya, qurutma və saxlama mərhələlərinin idarə olunması, istehsal risklərinin nəzarətdə saxlanılması və gündəlik sahə monitorinqi ilə hesabatların hazırlanmasına cavabdeh olacaq.
Tələblər
Tərəvəz toxumu istehsalı sahəsində minimum 5 il iş təcrübəsi
Pomidor, bibər və xiyar hibrid istehsal proseslərini dərindən bilməsi
Nəzarətli tozlanma və izolyasiya sahəsində təcrübə
İstixana və açıq sahə istehsalını birlikdə idarə etmə bacarığı (hidroponika biliyi üstünlükdür)
Məsuliyyətli, nəticəyönümlü və sahədə işləməyi sevən
Komanda ilə işləmə bacarığı və uzunmüddətli əməkdaşlığa açıq